Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Talış və Suqovuşana səfəri başa çatıb

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Talış və Suqovuşana səfəri başa çatıb Diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.
Qarabağ
16 Oktyabr , 2021 17:00
Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Talış və Suqovuşana səfəri başa çatıb

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başa çatıb. 

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyəti Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində olub. 

Diplomatları və media təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edib.

Diplomatlara işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları və hazırda Talış və Suqovuşanda həyata keçirilən bərpa-yenidənqurma layihələri barədə məlumat verilib. 

11:25

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyəti hazırda Tərtər rayonunun Talış kəndindədir.

Diplomatları və media təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.

06:00

Diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutacaq səfərdə Suqovuşan və Talış kəndləri ilə tanışlıq nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi