Derek Hoqan: "Həmsədrlər danışıqların aparılacağı müddəalar üzərində işləyirlər"

Derek Hoqan: "Həmsədrlər danışıqların aparılacağı müddəalar üzərində işləyirlər" "Biz ümid edirik ki, Ceyms Uorlik bu fəallığı 2015-ci ildə də göstərəcək"
Qarabağ
21 Yanvar , 2015 16:26
Derek Hoqan: Həmsədrlər danışıqların aparılacağı müddəalar üzərində işləyirlər

Bakı. 21 yanvar. REPORT.AZ/ “Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq 2015-ci ildə Dağlıq Qarabağ üzrə hər iki tərəfi yenidən danışıqları davam etdirməyə dəvət edəcək”. “Report”un məlumatına görə, bunu ABŞ müvəqqəti işlər vəkili Derek Hoqan jurnalistlərə açıqlamasında bildirib.

“İlk növbədə iki ölkə prezidentlərinin, həmçinin müvafiq nazirlərin danışıqları davam etdirməsindən söhbət gedir. Bildiyiniz kimi, prezidentlərin son görüşü keçən il Parisdə olub və biz prezidentlər səviyyəsində danışıqların davam etdirilməsini istəyirik. Bunun üçün danışıqların aparılacağı müddəalar, məsələlər müəyyənləşdirilməlidir. Hazırda həmsədrlər bu məsələlər üzərində işləyirlər”.

Onun sözlərinə görə, mühüm məsələ həm hər iki tərəf, həm də həmsədrlərin münaqişənin sülh yolu ilə həll edilməsinə diqqətlərini yönəltmələri və son dövrlər təmas xəttində müşahidə olunan gərginliyin artmasında heç bir tərəfin maraqlı olmamasıdır.

“Prezidentlərin görüşündən əvvəl həm görüş ərəfəsində, həm də görüşdən sonra siz müşahidə edə bilərsiniz ki, səfir Ceyms Uorlik həm öz bəyanatlarında, həm də sosial mediadakı yazılarında bu görüşlə bağlı çox fəal şəkildə öz fikirlərini bildirib, töhfəsini verib. Biz ümid edirik ki, o bu fəallığı 2015-ci ildə də göstərəcək”.

Son xəbərlər

Orphus sistemi