Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib

Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib Daşkəsən rayonunda Vətən müharibəsi zamanı Şəhid olan, Orxan Şıxıyev, Muraz Cabbarov və Sərxan Məmmədovun anım mərasimləri keçirilib.
Qarabağ
4 Noyabr , 2021 13:52
Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib

Daşkəsən rayonunda Vətən müharibəsi zamanı şəhid olan, Orxan Şıxıyev, Muraz CabbarovSərxan Məmmədovun anım mərasimləri keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hər üç şəhidin anım mərasimi Daşkəsən şəhər Şəhidlər xiyabanında keçirilib.

Şəhidlərin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, ziyalılar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qazilərin iştirak etdiyi mərasimdə Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Çıxışlar zamanı onların döyüş yolundan, göstərdikləri qəhramanlıqlarından bəhs edilib.

Qeyd edək ki, Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O.Şıxıyev noyabrın 2-də Xocavənd uğrunda gedən döyüşlər zamanı qəhrəmançasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər şəhid Muraz Cabbarov 2000-ci ildə Daşkəsən rayon Zağalı kəndində anadan olub. M.Cabbarov Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, Füzuli döyüşləri zamanı qəhrəmançasına şəhid olub, bir müddət sonra onun nəşi tapılıb və 2 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən, M.Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunamsına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şəhid Sərxan Məmmədov isə 2001-ci il mayın 9-da Daşkəsən rayon Qabaqtəpə kəndində dünyaya gəlib.

O, 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. Vətən müharibəsində şücaətləri ilə seçilib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. O, 2020-ci il noyabrın 3-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. S.Məmmədov "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi