Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha yeddi erməni hərbçinin meyitinin qalıqları tapılıb
Qarabağ
9 Aprel , 2021 02:26
Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib.

Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 539-a çatıb.

Son xəbərlər

Orphus sistemi