Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri nazirlərin görüşünü şərh edib

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri nazirlərin görüşünü şərh edib “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edib.
Qarabağ
25 Sentyabr , 2019 15:38
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri nazirlərin görüşünü şərh edib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edib.

“Report”un xəbərinə görə, icma sədri jurnalistlərə açıqlamasında bildirib ki, icma aparılan danışıqlara böyük ümidlər bəsləyir:

"Nazirlərin son görüşü ilə bağlı ümidlərimiz yüksəkdir. Hesab edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq. Danışıqların potensialı tükənmədiyi təqdirdə bu danışıqların davam etməsi və münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün imkanlardan istifadə edilməsi çöx mühüm əhəmiyyətə malikdir”, - T.Gəncəliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi