Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib

Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.
Qarabağ
20 Dekabr , 2018 12:37
Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib

Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.

“Report”un xəbərinə görə, qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib.

Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər.

Qeyd edək ki, indiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.

Son xəbərlər

Orphus sistemi