Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin müqavilə əsasında xidmət edən hərbçisi naməlum şəraitdə odlu silah yarasından ölüb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbut Xidməti yayıb.
Bildirilib ki, 2000-ci ildə anadan olan Qaregin Babakexyan aprelin 3-də gecə saatlarında odlu silahdan açılan atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.