Dağlıq Qarabağda erməni əsgər gözündən yaralanıb - ƏLAVƏ OLUNUB

Dağlıq Qarabağda erməni əsgər gözündən yaralanıb - ƏLAVƏ OLUNUB Bakı. 17 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağda yerləşdirilən işğalçı Ermənistan silahlı qüvvələrinin əsgəri yaralanıb.
Qarabağ
17 Dekabr , 2018 12:11
Dağlıq Qarabağda erməni əsgər gözündən yaralanıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağda yerləşdirilən işğalçı Ermənistan silahlı qüvvələrinin əsgəri yaralanıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ad-soyadı açıqlanmayan hərbçi odlu silahdan açılan atəş nəticəsində gözündən yaralanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Yaralı əsgər Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Məlumata görə, onu müayinə və müalicəsini davam etdirmək üçün Yerevandakı “Muratsan” hospitalına aparıblar. 

***

Dağlıq Qarabağda yaralanan erməni əsgərinin kimliyi məlum olub.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, 1999-cu ildə anadan olmuş Rafik Vahanyandır. 

Son xəbərlər

Orphus sistemi