Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü - YENİLƏNİB

Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü - YENİLƏNİB Ermənistanın İstintaq Komitəsi mayor Taron Poqosyanın ölümü ilə bağlı cinayət işi başlayıb.
Qarabağ
5 May , 2020 12:51
Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü - YENİLƏNİB
0 : 00
0 : 00

Ermənistanın İstintaq Komitəsi mayor Taron Poqosyanın ölümü ilə bağlı cinayət işi başlayıb. 

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi üzrə cinayət işi başlanıb.

Hadisə hərbi hissədə mühəndislik işləri görülən zaman baş verib.


*** 09:39

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin mayoru Taron Poqosyan ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. 

1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi