Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər" "Bir sıra ciddi detalların razılaşdırılması vacibdir"
Qarabağ
6 İyun , 2017 18:48
Rusiya XİN başçısı: Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Bakı. 6 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər". 

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib. 

"Yalnız razılığa gəlmək lazımdır, başqa yol yoxdur. Müxtəlif formalar alan uzun sürən danışıqlar prosesi dövrü ərzində razılaşmalara dəfələrlə yaxın olmuşuq, hətta bir addımlığında olmuşuq. Amma sonra gah bir, gah da o biri tərəfin müəyyən etimadsızlıq instinkti işə düşüb. Amma buna baxmayaraq, münaqişənin nizamlanması istiqamətində işlər davam etdirilməlidir", - Rusiya XİN başçısı bildirib. 

Onun sözlərinə görə, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: "Biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədir. Biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, lakin çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik”. 

Son xəbərlər

Orphus sistemi