Dağıstan şirkəti Qarabağın bərpasında iştirak edəcək

Dağıstan şirkəti Qarabağın bərpasında iştirak edəcək Azərbaycanın “ATS” MMC şirkəti ilə Dağıstanın “Uniservis” şirkəti arasında Qarabağda, yəni işğaldan azad olunmuş ərazilərdə birgə bərpa işləri görmək barədə əməkdaşlıq və müştərək fəaliyyət müqaviləsi imzalanıb.
Qarabağ
285
16 Noyabr , 2021 13:56
Dağıstan şirkəti Qarabağın bərpasında iştirak edəcək

Azərbaycanın “AT&S” MMC şirkəti ilə Dağıstanın “Uniservis” şirkəti arasında Qarabağda, yəni işğaldan azad olunmuş ərazilərdə birgə bərpa işləri görmək barədə əməkdaşlıq və müştərək fəaliyyət müqaviləsi imzalanıb.

Bunu “Report”a Dağıstan şirkətinin baş direktoru Arslan Əli Həmzətov bildirib.

O deyib ki, hələlik fəaliyyət göstərəcəyimiz ərazilər və sahələr müəyyənləşdirilməyib.

Xatırladaq ki, “Uniservis” MMC 1992-ci ildən yol, tikinti, infrastrukturla bağlı müxtəlif layihələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi