Con Bolton: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü səbirsizliklə gözləyirəm"

Con Bolton: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü səbirsizliklə gözləyirəm" ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcəyini bildirib.
Qarabağ
19 İyun , 2019 05:39
Con Bolton: Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü səbirsizliklə gözləyirəm

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözləyirəm", - deyə Bolton yazıb.

Onun sözlərinə görə, rəsmi Vaşinqton "regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi