Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 20 min 363 kv.m ərazi tam təmizlənib
Qarabağ
2008
24 May , 2017 02:07
Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib
ANAMA

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 23-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

"Report" agentliyə istinadən xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənib, 27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 47 563 kv.m (4.76 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi