"Fransa Azərbaycanın azad olunmuş ərazilərinə əhalinin qayıtmasını əngəlləyən minaların təmizlənməsi işlərini dəstəkləyir".
Bunu “Report”a Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) baş katibi İv Marek bildirib.
“İnsanların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmaları üçün şərait yaradılmalıdır. Fransa Azərbaycana və ANAMA-ya kömək edəcəyini qərarlaşdırıb və bu məqsədlə yarım milyon avro ayırıb. Fransada minatəmizləmə qrupunun bir nümayəndəsi kimi mən Azərbaycana yardım məsələsini proqrama salmaq və bunun üçün donor birliyi yaratmaq fikrindəyəm” – deyə o qeyd edib.
O, Azərbaycanın piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair Ottava konvensiyasını imzalayacağına ümid etdiyini də vurğulayıb.