Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb

Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır.
Qarabağ
28 Sentyabr , 2020 12:24
Çin tərəfləri Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb

Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın daha da artmaması üçün tədbirlər görəcəklər”, - o deyib.

“Tərəflərin fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklərinə ümidvarıq", - diplomat söyləyib.

Son xəbərlər

Orphus sistemi