Ceyms Uorlik: "Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq"

Ceyms Uorlik: "Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq" "Münaqişənin davamlı həllinə nail olmaq üçün göstərilən səylərdə Rusiya prezidentinin şəxsən iştirak etməsini alqışlayırıq"
Qarabağ
16 Avqust , 2016 11:19
Ceyms Uorlik: Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq

Bakı. 16 avqust. REPORT.AZ/ "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

"Dağlıq Qarabağ münaqişənin davamlı həllinə nail olmaq üçün göstərilən səylərdə Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak etməsini alqışlayırıq", - deyə, C.Uorlik vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi həmişə münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi