Bakı. 19 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni əsgər Andranik Qriqoryanın ölkəsinə geri qaytarılmasını alqışlayıb.
“Report”un verdiyi xəbərə görə, bunu C.Uorlik öz "Twitter" səhifəsində yazıb.
Həmsədr bu addımı Azərbaycan tərəfindən humanist jest kimi dəyərləndirib.
Xatırladaq ki, bu ilin martında Azərbaycan tərəfə keçmiş erməni əsgər noyabrın 18-də qarşı tərəfə təhvil verilib.