​Ceyms Uorlik: "Bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi mümkündür"

​Ceyms Uorlik: "Bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi mümkündür" "Hər iki prezident müharibə istəmir və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"
Qarabağ
23 İyul , 2015 19:00
​Ceyms Uorlik: Bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi mümkündür

Bakı. 23 iyul. REPORT.AZ/ "Mən ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə Azərbaycan və Ermənistan prezidentlərinin bu il görüşünün keçirilməsinin mümkünlüyünü müzakirə etmək üçün Bakıya gəlmişik".

"Report"un verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, diplomatlar prezidentlərin görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində keçirilməsi məsələsini müzakirə edirlər: "Biz hər iki paytaxtda - Yerevanda və Bakıda sərhəddə qoşunların təmas xəttində atəşkəs rejiminə əməl etməyin vacibliyini vurğuladıq".

C.Uorlik bildirib ki, hər iki prezident müharibə istəmir və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır: "Məhz buna görə də onlar bizimlə danışıqları davam etdirir".

Amerikalı həmsədr münaqişə tərəfləri arasında etimadın çatışmadığını da qeyd edib. O, etimadın yaradılması üçün hətta kiçik addımların belə atılmasının vacib olduğunu bildirib. Bu baxımdan C.Uorlik Azərbaycan tərəfinin Ermənistanı Bakıda keçirilən I Avropa Oyunlarına dəvət etməsini xüsusi vurğulayıb: "Bu gün bir-biri ilə ünsiyyətdə olmayan nəsil mövcuddur. İnanıram ki, gün gələcək və tərəflər arasında razılaşma əldə edilərək etimad yaranacaq. Lakin bu, uzun bir prosesdir".  

Son xəbərlər

Orphus sistemi