Azərbaycanın XİN başçısı ABŞ rəsmisinə erməni təcavüzü barədə məlumat verib

Azərbaycanın XİN başçısı ABŞ rəsmisinə erməni təcavüzü barədə məlumat verib Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutdu.​
Qarabağ
6273
5 Oktyabr , 2020 23:41
Azərbaycanın XİN başçısı ABŞ rəsmisinə erməni təcavüzü barədə məlumat verib

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.​

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən “Report”a verilən məlumata görə, Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verib.

ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur. Nazir qeyd edib ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.

Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ilə dialoqun vacibliyini vurğulayıb.

C.Bayramov vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir.

Son xəbərlər

Orphus sistemi