Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Qarabağ
24 Oktyabr , 2020 04:23
Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Ceyhun Bayramov

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.

XİN-dən “Report”a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi