Avropa İttifaqı Qarabağ müharibəsində əziyyət çəkənlərə yardım etmək istəyir

Avropa İttifaqı Qarabağ müharibəsində əziyyət çəkənlərə yardım etmək istəyir Belçika Krallığına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşü keçirilib.
Qarabağ
2095
18 Dekabr , 2020 22:11
Avropa İttifaqı Qarabağ müharibəsində əziyyət çəkənlərə yardım etmək istəyir

Belçika Krallığına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, o cümlədən ticarət, enerji, nəqliyyat və bağlılıq, sərmayələr, münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişin işlənib hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi, BMT TŞ qətnamələrinin tərəfimizdən icra edilməsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib. 10 noyabr tarixli birgə bəyanat və onun icrası ilə bağlı qarşı tərəfi məlumatlandıran nazir, hərbi əməliyyatların dayandırılması ilə bölgədə yaranan yeni təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib.

Komissar Oliver Varhelyi bölgədə aparılmış hərbi əməliyyatlardan əziyyət çəkən insanlara Aİ-nin yardım etmək istəyini qeyd edib. Humanitar yardımın göstərilməsinin vacib olduğu və Azərbaycan tərəfi əlaqələndirmə çərçivəsində bu yardımın ehtiyacı olan bütün insanlara təqdim edilməsinin zəruriliyi qeyd olunub.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi