Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər
Qarabağ
16 Oktyabr , 2017 14:23
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
Azertag

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər.

Ardından görüş təkbətək formatda davam edib.

Son xəbərlər

Orphus sistemi