​Cəmil Çiçək: "İslam dünyasının diqqət yetirməsi vacib olan həssas məsələlərdən biri Qarabağ problemidir"

​Cəmil Çiçək: "İslam dünyasının diqqət yetirməsi vacib olan həssas məsələlərdən biri Qarabağ problemidir" "Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək"
Qarabağ
21 Yanvar , 2015 16:58
​Cəmil Çiçək: İslam dünyasının diqqət yetirməsi vacib olan həssas məsələlərdən biri Qarabağ problemidir

Bakı. 21 yanvar. REPORT.AZ / Yanvarın 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək konfransdakı çıxışında ölkəsinin Azərbaycanı bundan sonra da dəstəkləyəcəyini bəyan edib: "Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək".

O bildirib ki, İslam dünyasının diqqət yetirməsi vacib olan həssas məsələlərdən biri də Dağlıq Qarabağ problemidir: "Cənubi Qafqazda təhlükəsizlik və davamlı sabitliyin yaranmasını əngəlləyən Dağlıq Qarabağ məsələsidir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması qəbuledilməzdir. Cənubi Qafqazda sülh və rifah üçün şərt Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Bu gün Azərbaycanda bir milyondan çox insan yurd-yuvasından ayrılmaq məcburiyyətində qalıb. Dünya ictimaiyyətinin buna gözlənilən diqqəti göstərdiyini söyləmək mümkün deyil. Türkiyə bütün sahələrdə Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləməyə davam edəcək".

Son xəbərlər

Orphus sistemi