Cəlilabadda Vətən müharibəsi şəhidinin xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən tədbirdə şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda çıxış edənlər ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayaraq, onların problemlərinə kompleks şəkildə yanaşılaraq həll edildiyini söyləyiblər.
Azərbaycanın qəhrəman övladlarının öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanaraq qeyd edilib ki, məhz onların və ümumilikdə Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Sonra şəhidin oxuduğu Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

