Cəlilabadda Vətən müharibəsi qazisi çoşqu ilə qarşılandı

Cəlilabadda Vətən müharibəsi qazisi çoşqu ilə qarşılandı Cəlilabad rayonunda İkinci Qarabağ Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan daha bir qazinin təntənəli qarşılanma mərasimi keçirilib.
Qarabağ
28 Noyabr , 2020 20:20
Cəlilabadda Vətən müharibəsi qazisi çoşqu ilə qarşılandı

Cəlilabad rayonunda İkinci Qarabağ Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan daha bir qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Vüsal Rəsulov qazi kimi doğulduğu Alar kəndinə qayıdıb.

Qazinin qarşılanma mərasimində rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Vətən müharibəsində canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açıblar.

Bildirilib ki, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnib.

Qeyd edək ki, Vüsal Rəsulov sentyabrın 29-da belindən və ayağından yaralanaraq müalicə edilib.

Son xəbərlər

Orphus sistemi