Cəlilabadda şəhidin məzarüstü abidəsinin açılışı olub 

Cəlilabadda şəhidin məzarüstü abidəsinin açılışı olub  Cəlilabad rayonunda I Qarabağ müharibəsi şəhidinin məzarüstü abidəsinin açılışı olub.
Qarabağ
13 May , 2022 15:54
Cəlilabadda şəhidin məzarüstü abidəsinin açılışı olub 

Cəlilabad rayonunda I Qarabağ müharibəsi şəhidinin məzarüstü abidəsinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Əşrəf Əli oğlu Hüseynovun bu gün şəhadətə qovuşduğu günüdür. Şəhidin məzarüstü abidəsi yenidən bərpa edilib.

Bu münasibətlə keçirilən açılış mərasimində şəhidin doğmaları, veteranlar, rayon sakinləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, ətrafına tər güllər düzülüb və ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Ə.Hüseynov 1975-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1994-cü ildə Tərtərin Qapanlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək 3 güllə yarası alaraq şəhid olub. Şəhidin nəşi Göytəpə şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi