Cəlilabadda şəhid bulağının açılışı olub

Cəlilabadda şəhid bulağının açılışı olub Cəlilabad rayonunun Edişə kəndində şəhid adına tikilən bulağın açılışı olub.
Qarabağ
24 Oktyabr , 2021 17:34
Cəlilabadda şəhid bulağının açılışı olub

Cəlilabad rayonunun Edişə kəndində şəhid adına tikilən bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Azərbaycan Ordusunun hərbçisi, Vətən müharibəsi şəhidi Əsgər Məmmədovun şəhadətə yüksəlməsinin ildönümüdür.

Bu münasibətlə keçirilən mərasimdə şəhidin ailə üzvləri, kənd sakinləri, Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, Əsgər kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhid Əsgər Məmmədovun atası Zaur Məmmədov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra şəhid bulağının açılışı olub.

Son xəbərlər

Orphus sistemi