Cəlilabadda "Müzəffər əsgərimiz" layihəsinin videoçarxları nümayiş edilib

Cəlilabadda "Müzəffər əsgərimiz" layihəsinin videoçarxları nümayiş edilib Cəlilabad rayon Gənclər və İdman idarəsinin və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Anım günü tədbirləri çərçivəsində Cəlilabadda "Müzəffər əsgərimiz" layihəsinin videoçarxları nümayiş edilib.
Qarabağ
29 Sentyabr , 2022 17:36
Cəlilabadda Müzəffər əsgərimiz layihəsinin videoçarxları nümayiş edilib

Cəlilabad rayon Gənclər və İdman idarəsinin və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Anım günü tədbirləri çərçivəsində Cəlilabadda "Müzəffər əsgərimiz" layihəsinin videoçarxları nümayiş edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, nümayişlər Cəlilabad Heydər Əliyev Mərkəzində keçirilib.

Ümumilikdə nümayişdə 30 nəfər gənc iştirak edib. Qeyd edək ki, "Müzəffər əsgərimiz" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi