Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb

Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş baş tutub
Qarabağ
5 Oktyabr , 2020 15:10
Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb
Mövlud Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş baş tutub.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra tərəflər birgə mətbuat konfransında iştirak ediblər.

Mətbuata açıqlama verən M.Çavuşoğlu Dağlıq Qarabağ problemini də qaldırıb:

“Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Xocalıda insanları uşaq, qadın demədən necə qətl etdiyini görübsünüz. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raket göndərməyə başlayıb, bu, əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır, ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi çözmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik. Hər kəsin Ermənistanı bu əraziləri tərk etməsi çağırışı etməsi lazımdır. Bu, 30 ildir davam edir. Ermənistan bu işğalın dadını çıxarır. Kimdən cəsarət alırsa, Azərbaycana hücum edir. Hər kəs haqlının yanında olmalıdır”.

Son xəbərlər

Orphus sistemi