Nazir: "Azərbaycan və Ermənistan nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir"

Nazir: "Azərbaycan və Ermənistan nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir" “Türkiyə də bunu dəstəkləyir”
Qarabağ
253
23 Aprel , 2021 15:00
Nazir: Azərbaycan və Ermənistan nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir
Mövlud Çavuşoğlu
0 : 00
0 : 00

“Azərbaycan və Ermənistan regionda nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir. Türkiyə də bunu dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rumıniya Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında bildirib.

Onun sözlərinə görə, Ankara Yerevanla Bakının bu istiqamətdə atdığı addımları dəstəkləyir.

Nazir deyib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda sabitlik, sülh və rifah üçün imkan yaranıb.

Qeyd edək ki, regionda nəqliyyat və energetika dəhlizlərinin açılması istiqamətində danışıqlar aparmaq üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi