Bu il yaz əkin dövründə Qarabağda 100 hektar ərazidə əkin işləri aparılacaq

Bu il yaz əkin dövründə Qarabağda 100 hektar ərazidə əkin işləri aparılacaq “Qarabağda mövcud olan 260 min ha ərazinin 226 mini meşə örtüyü ilə örtülüdür. İlkin tədqiqatlara görə ərazinin 56 min ha hissəsi məhv edilib”.
Qarabağ
29 Mart , 2022 16:17
Bu il yaz əkin dövründə Qarabağda 100 hektar ərazidə əkin işləri aparılacaq

“Qarabağda mövcud olan 260 min ha ərazinin 226 mini meşə örtüyü ilə örtülüdür. İlkin tədqiqatlara görə, ərazinin 56 min ha hissəsi məhv edilib”.

“Report” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev deyib.

Şöbə müdirinin sözlərinə görə, əkin işləri aparılan zaman həmin ərazilərin planlama işləri görüləcək: “Bəllidir ki, Qarabağda fərqli yüksəkliklər və meşə cinsləri var. Ona görə də əraziyə uyğun bitkilərin əkilməsi nəzərdə tutulub. Planda var ki, builki yaz əkin dövründə 100 ha ərazidə əkin işləri aparılsın. Araz palıdı, uzunsaplaq palıd və Şərq vələsinin əkilməsinə üstünlük veriləcək”.

Son xəbərlər

Orphus sistemi