Britaniyalı təhlilçi: “Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı genişləndikcə, Ermənistan Moskvadan daha çox asılı vəziyyətə düşür”

Britaniyalı təhlilçi: “Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı genişləndikcə, Ermənistan Moskvadan daha çox asılı vəziyyətə düşür” Lourens Broers: “Atəşkəsin pozulması göstərir ki, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsindən uzağıq”
Qarabağ
23 Noyabr , 2016 11:49
Britaniyalı təhlilçi: “Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı genişləndikcə, Ermənistan Moskvadan daha çox asılı vəziyyətə düşür”

Bakı. 23 noyabr. REPORT.AZ/ “Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı inkişaf etdikcə, Ermənistan Rusiyadan daha çox asılı vəziyyətə düşür, bu isə Moskva üçün uduş sayıla bilər”.

“Report” xəbər verir ki, bunu “Caucasus Survey” jurnalının redaktoru, “Chatham House”un təhlilçisi Lourens Broers “Novosti-Armenii”yə müsahibəsində bildirib.

“Rusiyanın qonşularla yaxınlaşması Ermənistanı qurban verməsinə səbəb ola bilərmi” sualını cavablandıran təhlilçi deyib: “Rusiya-Türkiyə münasibətləri infrastrukturun inkişafı üçün yollar açır. Düzdür, onların çoxundan Ermənistan kənarda qalır. Ancaq bu regional oyunçu dövlətlər sabitliyin olmasında maraqlıdır".

O vurğulayıb ki, Rusiya- Ermənistan birgə ordusunun yaradılması Moskvanın Ermənistanı tərk etməyə hazırlaşmadığına siqnaldır.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişədən danışan L.Broers bildirib: “Bununla belə Rusiyanın gələcəkdə də məcburi atəşkəsə nail olması məsələsi açıq qalır. Atəşkəsin tez-tez pozulması göstərir ki, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsindən uzağıq”. 

Onun sözlərinə görə, Rusiya ilə Türkiyənin yaxınlaşması bütövlükdə Cənubi Qafqaza, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsinin həlliinə müsbət təsir edə bilər.

Son xəbərlər

Orphus sistemi