Bakı. 3 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabr ayının 4-5-də Azərbaycana səfər edəcək. "Report" Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində D.Lidinqton Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Səfər çərçivəsində D.Lidinqton Azərbaycanın prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, parlamentin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Devid Lidinqton həmçinin "ADA" Universitetində "Böyük Britaniyanın xarici siyasəti" mövzusunda mühazirə oxuyacaq.
Nazir Bakıya Ermənistana səfərindən sonra gələcək.