Britaniyalı deputat: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı tədbirlər görməlidir”

Britaniyalı deputat: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı tədbirlər görməlidir” Erməni lobbisi Azərbaycana qarşı təbliğat aparır, lakin bu cür siyasət Ermənistanın özünün gələcəyinə qarşı işləyir.
Qarabağ
14 Yanvar , 2022 12:30
Britaniyalı deputat: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı tədbirlər görməlidir”

"Erməni lobbisi Azərbaycana qarşı təbliğat aparır, lakin bu cür siyasət Ermənistanın gələcəyinə qarşı işləyir".

Bunu “Report”a Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib.

O deyib ki, onlar xalqın gələcəyindən daha çox öz siyasi maraqları barədə düşünürlər: "Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar təəssüf doğursa da, təəccüb yaratmır".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət birlik nümayiş etdirməli və Ermənistana qarşı tədbirlərin görülməsi barədə məsələyə baxmalıdır.

B.Bləkmən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi layihələrində Böyük Britaniyanın iştirakının vacibliyini vurğulayıb: "Böyük Britaniyanın minalardan təmizləmə layihələrində iştirakı, habelə bu istiqamətdə yarım milyon funt sterlinqin ayrılması iki ölkə arasında münasibətlərin həqiqətən çoxşaxəli, etibarlı və inkişaf etmiş olduğundan xəbər verir”.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin yanvarın 11-də günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdikləri təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəzərov Ayaz Azər oğlu həlak olub.

Son xəbərlər

Orphus sistemi