Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yolu ilə həllini dəstəkləyirik”

Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yolu ilə həllini dəstəkləyirik” Cudit Farnuort ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini deyib
Qarabağ
20 İyun , 2017 16:59
Britaniya səfiri: “Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yolu ilə həllini dəstəkləyirik”

Bakı. 20 iyun. REPORT.AZ/ “Böyük Britaniya ATƏT-in Minsk qrupunun yanaşmasını və Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllini dəstəkləyir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlanidya Birləşmiş Krallığının Yerevandakı səfiri Cudit Farnuort bu ölkə parlamentinin sədri Ara Babloyanla görüşündə bildirib.

Məlumata görə, görüşdə Böyük Britaniya ilə Ermənistan arasındakı əlaqələrin genişləndirilməsi də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi