Britaniya səfiri: "Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir"

Britaniya səfiri: "Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir" "Görünür ki, Cəbrayıl keçmişdə gözəl və kiçik şəhər idi. Lakin o, 30 il əvvəl müharibəni görmüş şəhərdir”.
Qarabağ
303
6 Fevral , 2021 12:39
Britaniya səfiri: Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir

"Görünür ki, Cəbrayıl keçmişdə gözəl və kiçik şəhər idi. Lakin o, 30 il əvvəl müharibəni görmüş şəhərdir”.

“Report”un işğaldan azad olunan ərazilərə ezam olunan müxbirinin verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayıl şəhərində vəziyyətlə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir.

“Düşünürəm ki, gələcəkdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Məsələn, gördüyünüz kimi, burada hava günəşlidir. Gələcəkdə bu yerlərdə günəş elektrik stansiyası qurula bilər. Lakin bütün bunlar hələ qabaqdadır və bu ərazilərin bərpası uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi