Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşada olublar

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşada olublar Bu gün Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşaya səfər ediblər.
Qarabağ
11 Noyabr , 2021 00:13
Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşada olublar

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşaya səfər ediblər.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun iştirakı ilə baş tutan səfərdə dostluq qrupunun rəhbəri Bob Bləkmən və digər üzvlər Şuşanın tarixi məkanlarını ziyarət ediblər.

“Qonaqlara son 10 ayda şəhərdə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verdim. Heyətin diqqətinə çatdırdım ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşanın tarixi görünüşünün bərpası, eyni zamanda XXI əsrin müasir şəhərlərindən birinə çevrilməsi əsas hədəfimizdir”.

Son xəbərlər

Orphus sistemi