Bris Kester: "Qarabağda viran qoyulan yerlər müharibədəki dəhşətləri göz önünə gətirir"

Bris Kester: "Qarabağda viran qoyulan yerlər müharibədəki dəhşətləri göz önünə gətirir" “Azad olunmuş ərazilərdəki viranələr müharibə zamanı insanların nə qədər dəhşətli əməllərə yol verməsinə dəlalət edir”.
Qarabağ
17 fevral 2022 17:07
Bris Kester: Qarabağda viran qoyulan yerlər müharibədəki dəhşətləri göz önünə gətirir

"Qarabağda viran qoyulan yerlər müharibədəki dəhşətləri göz önünə gətirir".

Bunu “Report"a 21 ölkədən olan bir qrup tanınmış səyyahla birgə Azərbaycanın işqaldan azad olunmuş ərazilərinə səfər edən niderlandlı Bris Kester bildirib.

“Bizim ölkədə uzun illərdir müharibə yoxdur. Burada gördüklərim müharibə zamanı insanların nə qədər dəhşətli əməllər törətdiklərini xatırlatdı və bu, çox acınacaqlıdır”, - səyyah deyib.

Xatırladaq ki, fevralın 16-da bir qrup əcnəbi səyyahın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur.

Ötən gün Ağdam və Şuşada olmuş qrup bu gün Kəlbəcər və Laçına baş çəkib.

Son xəbərlər

Orphus sistemi