Brenda Şeffer: “Erməni təxribatı regionun infrastruktur xətlərinə yaxın ərazidir

Brenda Şeffer: “Erməni təxribatı regionun infrastruktur xətlərinə yaxın ərazidir Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun yaradacağı nəticələr dünyanın nüfuzlu mətbuat orqanlarında işıqlandırılır.
Qarabağ
1200
22 İyul , 2020 08:14
Brenda Şeffer: “Erməni təxribatı regionun infrastruktur xətlərinə yaxın ərazidir

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun yaradacağı nəticələr dünyanın nüfuzlu mətbuat orqanlarında işıqlandırılır.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin əməkdaşı Əsmər Yusifzadənin “Report”a verilən məlumata görə, Birləşmiş Ştatların nüfuzlu “Con Batçelor Şou” radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə Azərbaycan Ermənistan sərhəddində yaranmış gərginliklə bağlı növbəti müsahibə baş tutub.

B.Şeffer bildirib ki, təxribatın baş verdiyi ərazi regionun əsas infrastruktur xəttlərinin keçdiyi əraziyə olduqca yaxındır. Belə ki, buradan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, regionun vacib dəmir yolu xəttləri və yaxınlarda açılacaq Cənub Qaz Dəhlizi keçir.

E.Süleymanov Ermənistanın son hücumunun əsas məqsədinin münaqişənin miqyasını böyütmək və daha çox ölkəni cəlb etmək olduğunu bildirib. Ermənistan son təxribatı işğal olunmuş ərazilərdə və ya təmas xəttində deyil, Azərbaycan Ermənistan sərhədində - iki dövlətin beynəlxalq tanınmış sərhədində törədir. Səfir Avropa və Asiyanı birləşdirən əsas infrastruktur xətlərinin buradan keçdiyini xatırladaraq, son gərginləşmənin regionun təhlükəsizliyinə böyük təhdid olduğunu qeyd edib. Gözlənilmədiyi anda əsas münaqişə zonasından kənarda törədilən bu təxribatda Ermənistanın məqsədi regionda vəziyyəti Azərbaycan üçün mümkün qədər qəlizləşdirmək və öz daxili problemlərindən erməni xalqının diqqətini yayındırmaq olub.

Səfir münaqişənin kiçik görünsə də, regional və beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğunu, Azərbaycanın 30 ilə yaxındır ki, bununla bağlı dünya ictimaiyyətinə müraciətlər etdiyini bildirib. Eyni zamanda Ermənistan tərəfindən pozulan hazırki status kvonun davamlı olmadığını, münaqişənin tezliklə öz həllini tapmalı olduğunu vurğulayıb.

C.Batçelor Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramovun xarici siyasət planları ilə maraqlanıb. Öz növbəsində E.Süleymanov daha öncə təhsil naziri olmuş cənab Bayramovun ölkənin təhsil sistemində müsbət dönüşə nail olduğunu və müəllimlər üçün olduqca şəffaf və açıq attestasiya sistemi yaratdığını bildirmişdir. Diplomatik sferada geniş islahatlar aparılması və xarici siyasətimizdə böyük göztəntilərin olduğunu vurğulayıb.

C.Batçelor Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi yaxından tanıdığını, onun Ermənistan nümayəndələri ilə hal hazırda debatlar keçirməsi, xarici siyasət məsələləri ilə peşəkarcasına məşğul olması, Azərbaycan səsini layiqincə xaricə çatdırmasının canlı şahidi olduğunu bildirib və H.Hacıyevin sosial şəbəkələrdən paylaşımlarının maraqlı olduğunu deyərək, öz auditoriyasını onu izləməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi