Metyu Brayza: "Ağdama səfər çox emosional olacaq"

Metyu Brayza: "Ağdama səfər çox emosional olacaq" ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq
Qarabağ
204
12 Aprel , 2021 12:29
Metyu Brayza: Ağdama səfər çox emosional olacaq
Metyu Brayza

“Mən Ağdamda 12-13 il əvvəl olmuşam və dağıntı və xarabalıq vəziyyətinin məni sarsıtdığını xatırlayıram”.

"Report" xəbər verir ki, bunu ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Müharibə zamanı nələrin baş verdiyini daha yaxşı anlamaq üçün beynəlxalq mütəxəssislər qrupu ilə Ağdama yola düşürəm. 12-13 il əvvəl Ağdamda olmuşam və orada olduğum zaman dağıntı və xarabalıq vəziyyətindən sarsıldığımı xatırlayıram. Heç indi də orada vəziyyətin yaxşı olmadığını ehtimal edirəm. Bu çox emosional bir səfər olacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi