BQXK təmsilçiləri Azərbaycan sərhədini pozan Ermənistan vətəndaşına baş çəkib

BQXK təmsilçiləri Azərbaycan sərhədini pozan Ermənistan vətəndaşına baş çəkib O, müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb
Qarabağ
11 Noyabr , 2015 17:35
BQXK təmsilçiləri Azərbaycan sərhədini pozan Ermənistan vətəndaşına baş çəkib

Bakı. 11 noyabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təmsilçiləri Bakıda Ermənistan vətəndaşı Lusine Abovyana baş çəkib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda komitənin Yerevandakı nümayəndiliyinin proqram rəhbəri Zara Amatuni bildirib.

Məlumata görə, təmsilçilər Ermənistan vətəndaşına noyabrın 11-də baş çəkiblər.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb. Nazirlik bəyan edib ki, saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Son xəbərlər

Orphus sistemi