BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
Qarabağ
28 Fevral , 2020 17:47
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
0 : 00
0 : 00

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb".

Bu barədə “Report”a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın nüməyəndələri fevral ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Son xəbərlər

Orphus sistemi