​BQXK-da Qarabağ münaqişəsi tərəflərində hərbi əsirlərin olmasına dair məlumat yoxdur

​BQXK-da Qarabağ münaqişəsi tərəflərində hərbi əsirlərin olmasına dair məlumat yoxdur Qırmızı xaç əsirlərin olmasına dair rəsmi təsdiq almayıb
Qarabağ
124
13 Aprel , 2016 06:25
​BQXK-da Qarabağ münaqişəsi tərəflərində hərbi əsirlərin olmasına dair məlumat yoxdur

Bakı. 13 aprel. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi tərəfləri sayılan Ermənistan və Azərbaycanda hərbi əsirlərin olmasına dair məlumat yoxdur.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuni bildirib.

"Bugünkü gün biz tərəflərdə hərbi əsirlərin olmasına dair rəsmi təsdiq almamışıq. Biz bu və ya digər tərəfdə əsirlərin olmasına dair təsdiq alarıqsa, mandata uyğun olaraq onları ziyarət etmək hüququna malikik", — deyə o əlavə edib.

Amatuni, həmçinin məlumat verib ki, BQXK itkin düşən hərbçilərin axtarışı üzrə fəal iş aparmır.

"Biz tərəflərlə əlaqə saxlayırıq, lakin konkret olaraq bu məsələ ilə bağlı informasiya yoxdur", – deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi