BQXK Qarabağdakı missiyasına maliyyəni artırıb

BQXK Qarabağdakı missiyasına maliyyəni artırıb Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağdakı missiyasına ayrılan maliyyəni bu il 5 dəfə artıraraq 50 milyon avroya çatdırıb.
Qarabağ
30 İyun , 2021 13:15
BQXK Qarabağdakı missiyasına maliyyəni artırıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağdakı missiyasına ayrılan maliyyəni bu il 5 dəfə artıraraq 50 milyon avroya çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində BQXK prezidenti Peter Maurer bildirib.

“Əvvəllər büdcəmiz 10-11 milyon avro olubsa, hazırda 50 milyon avroya yaxınlaşırıq və regiondakı mövcudluğumuzu da xeyli artırmışıq. Məcburi köçkünlərə, doğma yurd-yuvalarına qayıdanlara kömək edirik. Həmçinin hər iki tərəfdəki dustaqlara baş çəkmək, ailələrilə əlaqə saxlamalarında iştirak etməyimiz də az məsələ deyil. İmkan və zərurət yaranarsa, buradakı mövcudluğumuzu bundan sonra da artıracağıq. Amma bir az yavaşca, çünki bu kimi əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir”, – təşkilat rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi