BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır.
Qarabağ
8206
29 Sentyabr , 2020 03:57
BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.

"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbə deyib.

Məlumata görə, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi