BMT Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyib

BMT Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyib BMT baş katibi Antoniu Quterreş və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.
Qarabağ
311
26 Sentyabr , 2021 04:10
BMT Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyib

BMT baş katibi Antoniu Quterreş və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Quterreşin ofisi tərəfindən yayılmış xəbərdə deyilir.

"Baş katib və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhün təşviqi səylərini müzakirə ediblər” - xəbərdə qeyd edilir.

Baş katib davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyasnını 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından ilk görüşü olub.

Son xəbərlər

Orphus sistemi