Biləsuvarda zəfər yürüşü keçirilib

Biləsuvarda zəfər yürüşü keçirilib Biləsuvar rayonunda qazi müəllimin rəhbərliyi ilə zəfər yürüşü keçirilib.
Qarabağ
8 Noyabr , 2021 15:28
Biləsuvarda zəfər yürüşü keçirilib

Biləsuvar rayonunda qazi müəllimin rəhbərliyi ilə zəfər yürüşü keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, yürüş Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalib olan məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi layihəsi çərçivəsində baş tutub. Yürüşün keçirilməsinə Biləsuvar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı və Biləsuvar rayon Təhsil şöbəsi dəstək olublar.

Layihə rəhbəri, Vətən müharibəsi qazisi Nazim Sadıqovun verdiyi məlumata görə, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Layihə zamanı Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubları yaradılıb və həmin klubun üzvləri məhz bu yürüşdə iştirak ediblər.

Yürüş rayon idman olimpiya kompleksinin önündən start götürüb və Mərkəzi Parkda yekunlaşıb.

Həmçinin Zəfər günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası da keçirilib.

Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcəkdir.

Həmçinin layihənin icrası Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir. Layihə müddətində həm təlimçi, həm ekspert, həm də məzmunun hazırlanması məhz Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunacaqdır. Bu da layihənin keyfiyyətinin, kütləvililiyinin və davamlılğının təminatına müsbət təsir edəcəkdir.

Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi