Biləsuvarda Tovuz döyüşlərinin şəhidinin ildönümü keçirilib 

Biləsuvarda Tovuz döyüşlərinin şəhidinin ildönümü keçirilib  Biləsuvar rayonunda Tovuz döyüşlərinin şəhidi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun ildönümü yad edilib.
Qarabağ
13 İyul , 2021 20:49
Biləsuvarda Tovuz döyüşlərinin şəhidinin ildönümü keçirilib 

Biləsuvar rayonunda Tovuz döyüşlərinin şəhidi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun ildönümü yad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları, gənclər iştirak ediblər.

Ziyarətçilər şəhidin ailəsinə baş çəkib, onun dəfn olunduğu Aşağı Cürəli qəbiristanlığını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda ziyarətçilər Aşağı Cürəli kəndindən olan Vətən müharibəsi şəhidlərinin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid baş leytenant Rəşad Mahmudovun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açaraq onun qəhrəmanlıq nümunəsinin bütün biləsuvarlılar, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildirib. Vurğulayıb ki, onun kimi Vətən oğullarının hünəri zəfərin qazanılmasının əsas təməlidir və Rəşad Mahmudovun qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunması onun döyüş yoluna verilmiş yüksək qiymətdir.

Son xəbərlər

Orphus sistemi