Biləsuvarda şəhidlərin xatirəsi yad edilib

Biləsuvarda şəhidlərin xatirəsi yad edilib Biləsuvar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Report”un Muğan bürosunun məlumatına görə, rayon ərazisində avtomobil və piyadaların hərəkəti dayandırılıb.
Qarabağ
4 Dekabr , 2020 13:40
Biləsuvarda şəhidlərin xatirəsi yad edilib
0 : 00
0 : 00

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayon ərazisində avtomobil və piyadaların hərəkəti dayandırılıb.

Nəqliyyat vasitələri siqnal verib.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi