Biləsuvarda şəhidlərin xatirə lövhələrinin açılışı olub

Biləsuvarda şəhidlərin xatirə lövhələrinin açılışı olub Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xanalıyev Ziyəddin Ariz oğlu və Əhmədli Elməddin Gülverən oğlunun xatirəsi ehtiramla anılıb.
Qarabağ
19 Noyabr , 2021 23:50
Biləsuvarda şəhidlərin xatirə lövhələrinin açılışı olub

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xanalıyev Ziyəddin Ariz oğlu və Əhmədli Elməddin Gülverən oğlunun xatirəsi ehtiramla anılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılıb.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.

Qeyd edək ki, Xanalıyev Ziyəddin Ariz oğlu 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. O, Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşub, Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ziyəddin Xanalıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi Əhmədli Elməddin Gülverən oğlu 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Elməddin Əhmədli Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Elməddin Əhmədli Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi